''Vəkilə Əli Kərimli ilə görüşməsinə icazə verilməyib" (Yenilənib)

''Vəkilə Əli Kərimli ilə görüşməsinə icazə verilməyib

18-11-2018 23:20 / Bu xəbər 1885 dəfə oxundu

"Sabah, noyabrın 19-da  AXCP sədri Əli Kərimli saat 10:00 da Səbail rayon məhkəməsinə çıxarılacaq".

Bu barədə partiya üzvləri sosial şəbəkədə məlumat yayıblar.

***

AXCP mətbuat xidməti noyabrın 17-də saxlanılaraq barələrində inzibati protokol tərtib olunanların tam siyahısını yayıb. 

Meydan TV siyahını təqdim edir:

1. Əli Kərimli- AXCP sədri, İnzibati Xətalar Məcəlləsinin 513.1, 513.2 maddələri irəli sürülüb
2. Ramid Nağıyev- 513.2 AXCP təşkilat şöbəsi
3. Ruslan Əmirov-513.2 Əli Kərimlinin könüllü mühafizəçisi
4. Tahir Həsənov- 513.2 Suraxanı şöbəsi, Babək və Bəhruz Həsənovun qardaşı
5. Cavid İbrahimli- 513.2 Xətai şöbəsi
6. Sərdar Qubadsoy-513.2 Xətai şöbəsi
7. Ağababa Cəfərli-513.2 Masallı şöbəsi
8.Əlixan Rəcəbov- 513.2 Masallı şöbəsi, 2-ci qrup əlil
9.Ramiz Cəfərov- 513.2, Xətai şöbəsi
10.Fatimə Mövlamova- 513.2 bloger
11. Nurlan Libre-513.2 Kanal13 internet televeziyasının əməkdaşı
12. Ruslan Qurbanlı-513.2, Nərimanov şöbəsi, 1000 manat cərimə edilərək sərbəst buraxılıb.

***

Milli Şuranın sədri Cəmil Həsənli Meydan TV-yə deyib ki, vəkil Fuad Ağayevin orderi olmadığından polis ona Əli Kərimliylə görüşə icazə verilməyib: "Ancaq digər vəkil Elçin Sadıqov AXCP sədri ilə görüşmək üçün cəhd etsə də, icazə verməyiblər, halbuki, onun orderi var idi".   

***

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Oqtay Gülalıyev Meydan TV-yə deyib ki, AXCP sədrini vəkil Fuad Ağayev müdafiə edəcək: "Əli Kərimlinin vəkil Ağayevlə müqaviləsi var".

***

AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn Meydan TV-yə bildirib ki, hazırda Səbail Rayon Polis İdarəsinin qarşısı, ətraf binaların həyətləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə doludur, Çevik Polis Alayı da ərazidədir:

"Mən Bakı Baş Polis İdarəsi ilə əlaqə saxladım, dedilər ki, Əli Kərimli haqda heç bir narahatlığa əsas yoxdur, yemək verilib, bazar ertəsi, noyabrın 19-da məhkəmə qarşısına çıxarılacaq".  

Partiya sədri ilə birgə saxlanılan 7 nəfərin də harada olması məlum deyil

AXCP sədri Əli Kərimlidən başqa 7 nəfər hələ də Səbail Rayon Polis İdarəsində saxlanılır. Bu barədə Meydan TV-yə Milli Şuranın üzvü Oqtay Gülalıyev deyib.

Oqtay Gülalıyev bildirib ki, saxlanılanlardan biri Əli Kərimlinin mühafizəçisi Ruslan Əmirovdur. İkisi jurnalistdir- Nurlan Libre və Fatimə Mövlamlı da saxlanılıb. Onlar Kanal 13 və "Azad söz”ü təmsil edirlər. Qalan digər 4 nəfər partiya üzvüdürlər - Ramiz Cəfərov, Ramid Nagiyev, Tahir Həsənli və Cavid İbrahimov.

AXCP-nin daha bir üzvü Ruslan Qurbanlı isə 1000 manat cərimə olunub.

O.Gülalıyev Milli Şuranın saat 2-də Müsavat Partiyasının qərargahında mətbuat konfransı keçirəcəyini bildirib.

AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn Meydan TV-yə deyib ki, onlar hazırda Səbael Rayon Polis İdarəsinin qarşısına gedirlər. Partiya sədri barədə hələ də heç bir məlumat ala bilmirlər, Əli Kərimlinin harda saxlanılması məlum deyil. 

Milli Şura noyabrın 17-də Dirçəliş Günü münasibəti ilə Şəhidlər Xiyabanını ziyarət etmək istəyərkən polislə qarşıdurma yaranıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onları xiyabana buraxmayıblar. Nəticədə Milli Şura sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli saxlanılıb.

Qarşıdurma zamanı AXCP-nin 52 üzvü saxlanlıb, sonradan hissə-hissə onlar sərbəst buraxılıb, bugünə olan məlumata görə Əli Kərimlidən başqa 2 jurnalist olmaqla 7 partiya üzvündən hələ xəbər yoxdur.

17 noyabr Azərbaycanda Milli Dirçəliş Günü kimi qeyd olunur.

1988-ci il noyabrın 17-də Lenin adına meydanda (indiki "Azadlıq" meydanı) Ermənistanın Azərbaycana ərazi iddiaları irəli sürməsi ilə bağlı respublika və ittifaq hakimiyyətlərinin fəaliyyətsizliyinə etiraz olaraq fasiləsiz mitinq başlamışdı.

Yüz minlərlə insan iki həftə fasiləsiz olaraq Moskvadan Ermənistanın addımlarına son qoyulmasını tələb edirdi.

Dekabrın 4-dən 5-nə kecən gecə sovet qoşunları mitinq iştirakçılarına qarşı cəza tədbirləri həyat keçirdi, nəticədə onlarla adam yaralandı, bir nəfər həlak oldu.

Bununla belə, mitinq güclü hərəkatın başlanğıcını qoydu və bu 1991-ci ilin oktyabrında Azərbaycanın müstəqilliyinin elan olunması ilə nəticələndi.

1992-ci ildən 17 dekabr Milli Dirçəliş Günü Günü kimi qeyd olunur. 2006-cı ilin sonunadək bu bayram qeyri-iş günü idi. Lakin 2006-cı ilin sonunda parlament onu qeyri-iş günləri siyahısından çıxardı.