“Zerkalo” yenidən fəaliyyətə başlayır

“Zerkalo” yenidən fəaliyyətə başlayır

13-03-2018 17:19 / Bu xəbər 2569 dəfə oxundu

2014-cü il avqustunda fəaliyyətinin birdəfəlik dayandırıldığı elan edilən edilən "Zerkalo” qəzeti yenidən fəaliyyətə başlayıb.

Bu barədə qəzetin təsisçisi və baş redaktoru Elçin Şıxlı sosial şəbəkədə məlumat verib. 

O, qəzetin fəaliyyətini internet üzərindən davam etdirəcəyini açıqlayıb: ""Zerkalo"nu da işə saldıq! Əyər-əskikləri hələ var, üzərində iş gedir, amma artıq baxa bilərsiniz - zerkalo.az””.

Məlumat üçün bildirək ki, sözügedən tarixdə fəaliyyəti dayandırılan "Ayna” qəzeti də bir müddət əvvəl online rejimdə yayımlanmağa başlayıb.

"Zerkalo” qəzeti 1990-cı ilin avqustunda yaradılıb. Rus dilində çıxan "Zerkalo” gündəlik çap olunurdu. 

2014-cü ilin may ayının əvvəlində həftədə bir dəfə işıq üzü görməsi qərara alınmışdı. 

Ancaq nəşri bu yolla da saxlamaq mümkün olmayıb, 2014-cü il iyunun 1-dən qəzetin nəşri dayanıb.