''Zakir Fərəcov yeni nazir Ramin Quliyevin yerli şöbəsinə qıfıl vurdu''

''Zakir Fərəcov yeni nazir Ramin Quliyevin yerli şöbəsinə qıfıl vurdu''

05-03-2017 18:01 / Bu xəbər 3425 dəfə oxundu

''İdarəyə təhvil-təslim proseduru keçirməyə də imkan verməyiblər''

Martın 3-də Sumqayıt şəhər rəhbərliyi Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Sumqayıt regional şöbəsinin ofisinə qıfıl vurulub. Şəhər İH-nin rəsmiləri səhərçağı gələn işçiləri binaya buraxmayıblar və onlara deyiblər ki, idarəni boşaldın, özünüz də Şahmat Klubuna yığışın. Məlumatı Meydan TV-yə Xidmətin əməkdaşları verib:

"Zakir Fərəcov yeni nazir Ramin Quliyevin yerli şöbəsinə qıfıl vurdu. Heç təhvil-təslim proseduru keçirməyə imkan verməyiblər".

Meydan TV əməkdaşı ofisə baş çəkib və qapının qıfıllandığını görüb.

Şöbə əməkdaşları bu prosedurun təhvil-təslim qaydasında həyata keçirildiyini, o cümlədən Şahmat Klubunu Təhsil Nazirliyinin balansında olduğunu deyib, vaxt istəsələr də, İH rəsmiləri əmrin icra başçı Zakir Fərəcovdan gəldiyini deyiblər.  

Meydan TV  Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Sumqayıt regional şöbəsinin rəisi Əhməd Rüstəmovla əlaqə saxlayıb. Ə.Rüstəmov bu barədə sualı dinləyəndən sonra telefonu qapayıb. Bundan sonra Meydan TV İH-nin müavini Sahib Quliyevlə əlaqə saxlayıb. O bildirib ki, bazar günü olduğundan suallara cavab verməyəcək:

"Bazar ertəsi icra hakimiyyətinə müraciət edərsiniz, o zaman cavab verərlər".