Yol polisi haqqında səs yayan şəxs cəzalandırıldı

Yol polisi haqqında səs yayan şəxs cəzalandırıldı

30-11-2018 17:05 / Bu xəbər 409 dəfə oxundu

Fariz Qasımov 15 sutka həbs cəzası alıb

Noyabrın 30-da yol polisi haqqında "Whatsapp” sosial şəbəkəsində səs yayan şəxs həbs edilib. 

Xətai Rayon Məhkəməsinin qərarı ilə 1981-ci il təvəllüdlü Fariz Mürvət oğlu Qasımov barəsində inzibati qaydada həbs tədbiri seçilib. 

O, 15 sutka həbs cəzası alıb. Məlumatı Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov təsdiqləyib. 

Onun sözlərinə görə, Fariz Qasımov iki il müddətinə sürücülük hüququndan da məhrum edilib.

Vaqif Əsədov deyib ki, F.Qasımov bir müddət əvvəl avtoxuliqanlıq etdiyi üçün saxlanıldığını və məsuliyyətdən yayınmaq üçün polisə böhtan atmaqla belə bir səs yazısı yaydığını etiraf edib.

"Whatsapp”da yayılan səs yazısında Xətai DYP-nin rəisi Cavanşir Ələkbərovun ünvanına ittihamlar səslənir.

Bildirilir ki, rəis Babək prospektində qara rəngli, 005 dövlət nömrə nişanlı "Toyota Camry” markalı avtomobillə aşağı sürətlə hərəkət edir, nəticədə arxadan gələn sürücülər əsəbiləşərək onu sağdan ötür. 

Bu zaman qarşıda yol polisi həmin sürücüləri saxlayaraq maşını cərimə meydançasına aparır.///Meydan.Tv