“Yalandan deyirlər, ərə gedirəm…” - Elza

“Yalandan deyirlər, ərə gedirəm…”   - Elza

28-01-2014 11:36 / Bu xəbər 2249 dəfə oxundu

Əməkdar artist Elza Seyidcahan “Hər şey daxil” verilişinin qonağı olub. “Qafqazinfo”nun məlumatına görə, əməkdar artist şou-biznes nümayəndələrindən danışıb: 

“Bəzi prodüserlər, komandalar müğənnini yatızdırır ki, efirə çox çıxma. Beləliklə, müğənni gündəmdən uzaq qalır. Mənə də deyirlər ki, efirə çıxma. Hər sənətçinin işi deyil ki, hər gün canlı efirə çıxsın, gözəl görünsün, maraqlı danışsın.  Böyük işlərimizi isə bəzi jurnalistlər ucuzlaşdırır. Bəzi müğənilər isə dənizkənarında oturur, deyir ki, Türkiyədəyəm, Afrikadayam. Yalandan deyirlər ki, ona ərə gedirəm, buna nişanlandım, toyum olacaq. Mən və mənim kimi sənətkarlar isə ucuz reklamlarla gündəmə gəlməyiblər. Mən şeirlərimi yazıram, rahat evdə otururam, sosial şəbəkə istifadəçiləri isə müzakirə edir. Şeirlərimin davamı olacaq”.


Arqument.az