Xırdalanın ''müalicəvi'' yolları

Xırdalanın ''müalicəvi'' yolları

05-12-2018 13:11 / Bu xəbər 183 dəfə oxundu

"Bir dənə salamat yer yoxdur Xırdalanda"

119 nömrəli marşrut Xırdalanın palçıqlı yollarına zorla tab gətirir. Qatı palçıqlı yollarsa təkcə yağışın günahı deyil.

"Qazıntı şirkəti buranı pis günə qoydu, getdi", - sürücü Şahin Hümbətov deyir.

Sakinlər deyir, Xırdalana su və kanalizasiya xətləri çəkildiyindən asfaltlı yolları bu hala düşüb. Xırdalanlılar su və kanalizasiya çəkilişinə sevinməyə də macal tapmayıblar

2014-cü ildə Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi üzrə Azərbaycanla Səudiyyə İnkişaf Fondu arasında saziş imzalanıb. Sazişə görə, hökumətə 35 milyon dəyərində kredit ayrılıb. Ümumi dəyəri 75 milyon dollar olan layihənin qalan hissəsini hökumət özü maliyyələşdirəcək. 75 milyonluq layihə Xırdalanlıların ürəyincədirmir?

4 ildir 119 nömrəli avtobusda çalışan Şahin Hümbətov qazancının elə avtobusa getdiyini deyir.

Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Seymur Qasımbəyli icraçının "Azərsu" olduğunu deyir.

"Azərsu"dan isə Meydan TV-yə asfaltın təxminən bir aya çəkiləcəyini bildirdilər.

"Quraqlıq olan kimi asfaltlanacaq. Yağış imkan vermir"

Su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi üzrə işlərin 2019-cu ildə başa çatdırılması planlaşdırılır.