“Xəzər Waterfront”da nə baş verir?

“Xəzər Waterfront”da nə baş verir?

11-12-2018 02:35 / Bu xəbər 1346 dəfə oxundu

"Xəzər Waterfront”un inşasının başlanmasından 4 il ötməyinə baxmayaraq tikinti hələ də yekunlaşmayıb. 
 
Bu barədə qlobal.az məlumat yayıb.
 
Xəbərdə deyilir ki, "Xəzər Waterfront" layihəsinin tikintisi ilə məşğul olan şirkətlərdən biri - "Fair Group" layihədən kənarlaşdırılıb. Buna səbəb isə "Fair Group"un layihədən kənarlaşdırılmasına səbəb işin vaxtında başa çatdırılmaması və işlərin keyfiyyətsiz aparılmasıdır.
 
"Fair Group" şirkəti məsələyə münasibət bildirməyib.
 
Şirkət 2016-cı ildə yaradılıb. Azərbaycanda yaradılmasına və fəaliyyət göstərməsinə baxmayaraq, şirkətin rəsmi saytı - http://fairgroup.az/ saytında Azərbaycan dilində heç bir məlumat verilmir.  
 
2016-cı ilin mart ayının 28-də gecə "Xəzər Waterfront”da səhlənkarlıq ucbatından yanğın hadisəsi baş verib. 
 
O vaxt elektrik naqillərinin qısa qapanması nəticəsində 80 kv.metr ərazidə taxta və digər tullantı materialları yanmış, nəticədə orada mühafizəçi işləyən 1993-cü il təvəllüdlü Masallı rayon sakini Siruddinli Fuad Nurəddin oğlu zəhərlənmə diaqnozu ilə Toksikologiya Mərkəzinə aparılıb. 
 
Şirkətin saytı isə yalnız ingilis dilində fəaliyyət göstərir: