Xədicə İsmayılın anası vəfat edib

Xədicə İsmayılın anası vəfat edib

08-03-2018 14:22 / Bu xəbər 3118 dəfə oxundu

Araşdırmaçı jurnalit Xədicə İsmayılovanın anası Elmira İsmayılova martın 7-də İstanbulda xəstəxanada dünyasını dəyişib.

Xədicə İsmayılovanın ölkədən çıxışına qadağa qoyulduğundan jurnalist anasının son anında yanında ola bilməyib.

İsmayılova xəstəxananın anasının durumu ilə bağlı arayışını rəsmi qururmlara təqdim edib və müvəqqəti olsa da ölkədən çıxışına icazə istəyib.

"Mənim müraciətlərim nəticəsiz qaldı. Anamın son anında yanında ola bilmədim", - jurnalist qeyd edib.

Elmira İsmayılova iki öncə, 2016-cı il martın 7-də Amerikanın Səsinə müsahibə verib. 

O, müsahibəsində Xədicəni və qadınları bayram münasibəti ilə təbrik etmişdi. 

İki il sonra elə həmin gün də dünyaya gözlərini əbədi yumdu.///azadliq.org