“WikiLeaks”in qurucusu Londonda polis tərəfindən saxlanılıb

“WikiLeaks”in qurucusu Londonda polis tərəfindən saxlanılıb

11-04-2019 14:38 / Bu xəbər 1083 dəfə oxundu

"WikiLeaks”in qurucusu Culian Assanj Böyük Britaniyanın paytaxtı Londonda polis tərəfindən saxlanılıb.

C.Assanj 7 ildir ki, Ekvadorun Britaniyadakı səfirliyinə sığınmışdı. 

Ekvador ona sığınacaq verməkdən imtina edib. Ona görə də "WikiLeaks”in qurucusu səfirliyi tərk edib. 
 
O, diplomatik nümayəndəlikdən çıxan kimi polis tərəfindən saxlanılıb.  
 
Verilən məlumata görə polisi Ekvador səfirliyi nümayəndələri çağırıb.