Venesuelada prezident istefaya çağırıldı - Trampdan dəstək

Venesuelada prezident istefaya çağırıldı - Trampdan dəstək

24-01-2019 03:12 / Bu xəbər 1513 dəfə oxundu

ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Venesuela müxalifətinin lideri Juan Guaidonu keçid dövrü üçün prezident kimi tanıyır.

Yanvarın 23-də ölkə boyunca on minlərlə insan yürüş keçirirərək sosialist prezident Nicolas Maduronun istefasını tələb edib.

Bu yürüşlərə çağırış etmiş Guaido paytaxt Karakas şəhərində minlərlə tərəfdarının qarşısında çıxış edərək prezident səlahiyyətlərini üzərinə götürdüyünü bəyan edib.

Müxalifərin başçılıq etdiyi Milli Məclisin sədri Guaido ordunu hökumətə itaətsizlik göstərməyə çağırıb.

Karakasdakı nümayişlərdə çəkilmiş fotolarda etirazçıların Milli Qvardiyanın əsgərləri ilə qarşı-qarşıya durduğu görünür.

Milli Qvardiya Karakasın küçələrinə çıxarılıb

Etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə olunduğu xəbər verilib.

Bəzi xəbərlərə görə ötən gün keçirilmiş yürüş zamanı dörd nəfər həlak olub.

Bu arada Maduronu dəstəkləyən antinümayişlər də keçirilir.

Müxalifət Maduronun ötən il keçirilən prezident seçkisində ikinci müddətə saxtakarlıqla seçildiyini bildirir.

Maduro iki həftə bundan əvvəl ikinci müddətə prezident kimi andiçmə mərasimindən keçmiş, amma beynəlxalq tənqidlərlə üzləşmişdi.

Tramp öz bəyantında Maduronu "qanunsuz” adlandırıb və deyib ki, o, "Venesuelada demokratiyanın bərpası üçün Birləşmiş Ştatların iqtisadi və diplomatik gücünün tam çəkisindən istifadə edəcək”.///azadliq.org