Tramp daxili işlər nazirini də işdən çıxardı

Tramp daxili işlər nazirini də işdən çıxardı

16-12-2018 11:13 / Bu xəbər 1301 dəfə oxundu

ABŞ prezidenti Donald Tramp daxili işlər naziri Ryan Zinkeni işdən azad edib.

Bu barədə prezident özünün "Tvitter” hesabında yazıb.

"Daxili işlər naziri Ryan Zinke 2 illik fəaliyyətdən sonra, ilin sonunadək administrasiyanı (Ağ ev) tərk edəcək.Ryan çox şeyə nail oldu və xalqa göstərdiyi xidmətə görə ona çox təşəkkür edirəm”, - Tramp yazır.

Prezident əlavə edib ki, yeni daxili işlər nazirinin adı gələn həftə açıqlanacaq.

Ryan Zinke, demokrat deputat Raul Grijalva-nın ünvanına işlətdiyi sözlər də daxil olmaqla, ölkədə dəfələrlə tənqidlərlə üzləşib.

Deputat Raul Grijalva, Zinkeni vəzifə səlahiyyətlərini aşmaqda günahlandırıb. O isə cavabında deputatı içki düşgünü adlandırıb.

Bundan əvvəl Zinke, neft və qaz şirkətlərinin maraqlarına xidmət etməkdə də günahlandırılırdı. Həmin şirkətlər nazirliyin nəzarətində olan ərazilərdə yeni mədənlər açmaq istəyirmişlər.

Digər ölkələrdən fərqli olaraq ABŞ-ın daxili işlər nazirliyi təhlükəsizlik məsələsi ilə yox, təbiətin mühavizəsi və milli parkların idarəçiliyi ilə məşğuldur.

Donald Tramp dekabrın əvvəllərində prezident administrasiyasının rəhbəri John Kelly-ni də işdən azad edib.