Məktəblərdə pəncərələr bağlanır? - YENİLƏNİB

Məktəblərdə pəncərələr bağlanır? - YENİLƏNİB

11-04-2019 18:43 / Bu xəbər 1582 dəfə oxundu

162 nömrəli məktəbin 8-ci sinif şagirdinin intiharından sonra Tahsil Nazirliyi sərt qərar qəbul edib.

"BakuPost"  xəbər verir ki, nazirlik bütün məktəblərə yuxarı mərtəbələrdə pəncərələri ləğv etməklə bağlı qeyri-rəsmi tapşırıq verib.

Məlumatda deyilir ki, məktəb rəhbərliyi də tapşırıqdan sonra yuxarı mərtəbələrdəki pəncərələri bağlayıb, dəstəklərini çıxarıb ləğv edirlər. 

Bir çox məktəbdə isə yuxarı mərtəbələrin pəncərələrinə dəmir barmaqlılar quraşdırılır. 

"Artıq Sabunçu rayonundakı 94 nömrəli məktəbdə nazirliyin bu tapşırığına əsasən pəncərələr ləğv edilib”, - məlumatda deyilir.
 
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Arqument.az-a açıqlamasında məlumatı təkzib edib: "Yalan söhbətdir”.