Tanınmış azərbaycanlı aktrisa vəfat etdi
12-02-2017 22:47 / Bu xəbər 3060 dəfə oxundu
Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Kubra Dadaşova vəfat edib.
Arqument.Az xəbər verir ki, məlumatı milli.az-a aktrisanın yaxınları da təsdiqləyib.
Kübra Dadaşova 31 avqust 1957-ci ildə doğulub.
1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. O, yaradıcılıq fəaliyyətinə hələ tələbə ikən - 1982-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında başlayıb.
16 may 2006-cı ildən Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adı ilə təltif olunub. Kübra Dadaşov çox sayda filmdə rol alıb.