Sumqayıtlı sahibkarlar yenə aksiya keçirdi

Sumqayıtlı sahibkarlar yenə aksiya keçirdi

02-04-2019 21:45 / Bu xəbər 1357 dəfə oxundu

Sumqayıt şəhərində yerləşən "Şərq bazarı”nda fəaliyyət göstərmiş 66 sahibkar aprelin 2-də aksiya keçirib.
 
Onlar iki il öncə sökülmüş mağazalarının bərpasını tələb ediblər. Mağazalar Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüşdü.

"Sputnik Azərbaycan”ın məlumatına görə, sahibkarlar bildirib ki, mağazalar sökülərkən onlara "zəmanət məktubu” verilib və 6 ay ərzində həmin ərazidə yeni ticarət mərkəzi tikiləcəyi vəd edilib. Amma aradan iki il keçməsinə baxmayaraq, hələ də ərazidə tikinti getmir.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, sahibkarlarla yenə danışıqlar aparılacaq: "Ümumi razılıq əldə edildikdən sonra tikinti işlərinin aparılması üçün qərar veriləcək".

Sumqayıtlı sahibkarlar yanvarın 9-da Bakıda da aksiya keçirmişdi.