Sumqayıtda abtobus qəzası: 20-dən çox yaralı var
21-02-2019 19:09 / Bu xəbər 1302 dəfə oxundu
Hadisə iki binanın kəsişməsində baş verib
Fevralın 21-də saat 17 radələrində Sumqayıt şəhərinin Nizami küçəsi ilə Məşədi Əzizbəyov küçələrinin kəsişməsində ağır yol-nəqliyyat qəzası baş verib.
Bildirilir ki, 30 saylı marşrut avtobusu ilə "Toyota Prado" markalı avtomobilin toqquşması nəticəsində 20-dən çox sərnişin yaralanıb. Ölən yoxdur.
Yaralılar şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.///meydan.tv