Şəxsi məlumatların sızmasına görə "Facebook" 5 miyard cərimə edilə bilər

Şəxsi məlumatların sızmasına görə

25-04-2019 11:33 / Bu xəbər 1369 dəfə oxundu

ABŞ-ın Federal Ticarət Komissiyası (FTK) istifadəçilərin şəxsi məlumatlarının sızmasına görə "facebook" sosial şəbəkəsini 5 milyard dollar məbləğində cərimə edə bilər.

Bu barədə şirkətin hesabatına istinadən CNBC bildirib.

"Facebook"un 2019-cu ilin birinci rübü ərzindəki gəlirləri ilə bağlı hesabatda qeyd edilir ki, Federal Ticarət Komissiyası sosial şəbəkəni 3 milyard dollar məbləğində cərimə edə bilər. Bununla yanaşı, cərimənin maksimal məblığinin 5 milyard dollara qədər arta biləcəyi də vurğulanır.

"Problem həll edilməmiş qalır və FTK-nin yekun qərarı yoxdur", - sənəddə vurğulanır.

Daha əvvəl "Facebook"a məxsus sosial şəbəkələrdə, o cümlədən "Instagram", "Whatsapp" və "Messenger" proqramlarının işində problem yaranıb.