“Selcana dəstək Azərbaycanın gələcəyinə dəstəkdir”

“Selcana dəstək Azərbaycanın gələcəyinə dəstəkdir”

19-04-2018 11:32 / Bu xəbər 2966 dəfə oxundu

Bir qrup tanınmış Selcan Qəhrəmanlıya dəstək kampaniyasına başlayıb

Selcan Qəhrəmanlının 17 yaşı var. Onun atası Fuad Qəhrəmanlı AXCP sədrinin müavinidir. 

"Facebook”da yazdığı statuslarına görə həbs edilib və 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, 2015-ci ildən məhbusluq həyatı yaşayır. 

Anası Zümrüd Yağmur yazardır, bir neçə kitabın müəllifidir. Son əsəri – "Ölkə adı: 22” romanının satışına qadağan qoyulub. Həm də mediada tez-tez həssas ictimai mövzularda yazılarla çıxış edir. Siyasi məhbus ailələrinin koordinasiya mərkəzinin əlaqələndiricisidir. 

Selcan ana dilindən başqa türk və ingilis, yapon dillərində sərbəst danışır, hazırda alman dilini öyrənir. Çox gənc olmasına baxmayaraq, bir neçə elmi məqalənin müəllifidir. Roman üzərində isi başa çatdırmaq üzrədir. 

Bu istedadlı gənc bu il sənədlərini Kanadanın nüfuzlu Humber Universitetinin beynəlxalq əlaqələr fakültəsinə verib və ora qəbul olunub. Bu təkcə onun ailəsi üçün deyil, bu ailənin saysız-hesabsız dostları üçün böyük sevincdir. Amma Selcan bu Universitetdə təhsil haqqının qarşılanacağına ümid etsə də, təəssüf ki, bu təhsil müəssisəsinin bu ilki proqramında postsovet məkanından olan tələbələr üçün təhsil haqqında güzəşt nəzərdə tutulmayıb. Həmin təhsil müəssisəsində illik təhsil haqqı, yemək və qalma xərcləriilə birlikdə təxminən 22 min avro civarındadır. 

Selcanın xaricdə təhsili iki səbəbdən çox arzuolunandır. Bu, həm onun ölkədə insan haqları, demokratiya və hüququn aliliyinin təmin olunması uğrunda uzun illərdir mübarizə aparan və buna görə təhdidlərə, təzyiqlərə məruz qalan ailəsinə və xüsusilə də onun hazırda həbsdə olan atasına böyük mənəvi dəstək olardı. 

Həmçinin çox istedadlı bir gəncin dünyanın nüfuzlu universitetlərindən birində aldığı təhsil əminik ki, onun çox sevdiyi və rühən bağlı olduğu ölkəsinə, xalqına geri qayıdacaq. Ona da əminik ki, Selcan kimi gənclərin öz potensialını ölkəsinin inkişafı və xalqının rifahı üçün sərf etmək imkanı əldə edə biləcəyi dövr çox uzaqda deyil. 

Selcanın təhsil alması üçün keçiriləcək hər hansı məbləğ onun və ailəsi üçün qiymətlidir, daha qiymətli olan isə diqqətdir. Xüsusilə, xaricdə yaşayan mesenatlarımızdan bu istedadlı gəncə və onun dəyərli ailəsinə dəstək olmaları xahiş olunur. 

Yardım üçün bank hesabının nömrəsi aşağıda təqdim edilir:

Alan müştərinin adı: Qəhrəmanlı Selcan Fuad qızı
Alan müştərinin hesab nömrəsi: İBANAZ18IBAZ33811018406099468202
Alan bank: İnternational Bank of Azerbaijan
Alan bankın SWIFT kodu: IBAZAZ2X

Anar Məmmədli, hüquq müdafiəçisi
Akif Qurbanov, QHT lideri
Ənnağı Hacıbəyli, hüquqçu
Ələsgər Məmmədli, hüquqçu
Əlaif Həsənov, hüquqçu
Əsabəli Mustafayev, vəkil
Fariz Namazlı, vəkil
Xalid Bağırov, hüquqçu
Xədicə İsmayıl, jurnalist
İntiqam Əliyev, hüquqçu
Rəsul Cəfərov, huquq müdəfiəçisi 
Rövşən Hacıbəyli, jurnalist
Samir Kazımlı, jurnalist
Şahvələd Çobanoğlu, jurnalist
Yalçın İmanov, hüquqçu