Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb, 71 nəfər ölüb

Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb,  71 nəfər ölüb

12-02-2018 01:01 / Bu xəbər 1200 dəfə oxundu

Sağ qalanlar yoxdur

Rusiyanın "Saratov Hava Yolları" aviaşirkətinə məxsus sərnişin təyyarəsi "An-148" fevralın 11-də Domodedovo hava limanından uçduqdan sonra Orsk şəhərində qəzaya uğrayıb.

"İnterfax.ru" xəbər verir ki, təyyarədə 6 heyət üzvü, 65 sərnişin daxil 71 nəfər olub. Sağ qalanlar yoxdur. 

Moskvadan Orska uçan təyyarənin Romanesk rayonuna düşdüyü bildirilir:

"Arqunovo kəndi ərazisində qəzaya uğradığı ehtimal edilir".

Lenta.ru 50 nəfərin qalıqlarının tapıldığını qeyd edir. Rusiya prezidenti Vladimir Putin hadisə ilə bağlı komissiya yaradılması haqda göstəriş verib. 

Təyyarənin 1994-cü ilin mayında istifadəyə verildiyi bildirilir.