REAL sədri həbsdən sonra ilk mətbuat konfransını keçirəcək

REAL sədri həbsdən sonra ilk mətbuat konfransını keçirəcək

28-08-2018 14:14 / Bu xəbər 1801 dəfə oxundu

REAL Partiyasının lideri İlqar Məmmədov 5 ildən çox həbs cəzasından sonra sentyabrın 4-də ilk mətbuat konfransını keçirəcək.

İ.Məmmədov Tvitterdə yazıb ki, mətbuat konfransının keçiriləcəyi dəqiq vaxt və yer bir qədər sonra açıqlanacaq.

O həmçinin tibbi müayinədən keçdiyini və nəticənin müsbət olduğunu yazıb.

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilinda ittiham olunaraq 7 il azadlıqdan məhrum edilmişdi. Lakin məhkəmə onun günahını sübut edə bilməyib. Beynəlxalq birlik İ. Məmmədovu siyasi məhbus kimi tanıyıb. 

Avropa İnsan Hüquqları Məhkəməsinin iki qərarına baxmayaraq, ölkə hakimiyyəti onu həbsdən azad etməmişdi.

2018-ci il avqustun 13-də Şəki Apellyasiya Məhkəməsi İ.Məmmədovu iki il sınaq müddəti olmaqla vaxtından əvvəl şərti azadlığa buraxıb.