"Avtoxuliqanlıq tərbiyəsizlikdir" - Manaf Ağayev

"Avtoxuliqanlıq tərbiyəsizlikdir"   - Manaf Ağayev

27-01-2014 19:00 / Bu xəbər 2092 dəfə oxundu

Arqument.az Aktual.az-a istinadən xəbər verir ki, müğənni Manaf Ağayev “Günəbaxan” verilişində  avtoxuliqanlıqdan danışıb: 

"Avtoxuliqanlıq tərbiyəsizlikdir. Hamının maşını var, iki təkər qaldırmaqla özünü niyə göstərirsən? Kimisə və ya özünü öldürə bilərsən. Övladlarıma hər zaman deyirəm ki, özlərini qorusunlar. Hərdən oğlum maşın sürəndə yanında otururam. Yaşıl işıq yananda tələsir, deyirəm olmaz. Ətrafına bax, nə olsun, yol sənindir. Ona fikir verməyənlər çoxdur. Oğlanlarıma bu tərbiyəni verirəm, yol sənin olsa da, diqqətin ətrafda olsun".

Arqument.az