Qəbələdə ərəb turistlərin qaldığı evdə yanğın: 1 ölü, 6 yaralı

Qəbələdə ərəb turistlərin qaldığı evdə yanğın: 1 ölü, 6 yaralı

08-10-2018 12:55 / Bu xəbər 2025 dəfə oxundu

Qəbələdə yanğın nəticəsində ərəb turistlər xəsarət alıblar

1 nəfər ölüb, 6 nəfər yaralanıb

Qəbələ rayonunda ərəb turistlərin qaldığı evdə baş verən yanğın zamanı 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

"Report" agentliyinin vetdiyi xəbərə əsasən, hadisə zamanı evdə olan Suriya vətəndaşları müxtəlif dərəcəli bədən xəsarətləri və tüstüdən zəhərlənmə diaqnozu ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Yaralılara ilkin tibbi yardım göstərilib, onlardan 3 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirlir.