Prokurorluğun Dövlət ittihamının müdafiəsi şöbəsi yenidən formalaşdırılacaq

Prokurorluğun Dövlət ittihamının müdafiəsi şöbəsi yenidən formalaşdırılacaq

10-04-2019 15:49 / Bu xəbər 65 dəfə oxundu

Bakı Şəhər Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsi yenidən formalaşdırılacaq. 

"Report"un məlumatına görə, bu barədə Baş prokuror Zakir Qaralov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli fərmanından irəli gələn vəzifələrin təxirə salınmadan icrasını təmin etmək məqsədilə aprelin 9-da Baş Prokurorluqda keçirilən geniş əməliyyat müşavirəsində göstəriş verib. 

Baş prokuror fərmandan irəli gələn vəzifələrin icrası ilə əlaqədar ilkin mərhələdə Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin fəaliyyət keyfiyyətinin artırılması məqsədilə tərkibinin yenidən formalaşdırılması üçün Müsabiqə komissiyasının təşkil olunması və növbəti mərhələdə isə dövlət ittihamının müdafiəsini həyata keçirən bütün prokurorların eyni prosedurlar əsasında müsabiqə yolu ilə vəzifəyə təyin edilmələri barədə göstəriş verib.