''Prezident 3 yaşa qədər uşaqlara müavinətlərin verilməsi məsələsinə baxılmasını tapışırıb''

''Prezident 3 yaşa qədər uşaqlara müavinətlərin verilməsi məsələsinə baxılmasını tapışırıb''

12-03-2019 16:29 / Bu xəbər 602 dəfə oxundu

Vüqar Bayramov: "Bu, uşaq pulunun mərhələli şəkildə bərpasıdır”

"Prezident İlham Əliyev tapşırıq verib ki, 3 yaşa qədər uşaqlara verilən müavinətin artırılması məsələsinə baxılsın”.

Bunu martın 12-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçirdiyi iclasda komitə sədri Hadi Rəcəbli deyib.

O qeyd edib ki, bəzi hallarda bununla bağlı məsələlər mətbuatda fərqli təqdim olunur.

"Bu, düzgün deyil. Hamı bilməlidir ki, sosial məsələlər dövlətin diqqət mərkəzindədir”

İqtisadçı Vüqar Bayramov deyir ki, 3 yaşınadək uşaqlara sosial müavinətin verilməsi uşaq pulunun mərhələli şəkildə bərpası kimi qiymətləndirilməlidir, müsbət addımdır: "Bu addım uşaqların sosial müdafiəsi baxımdan çox vacibdir. Qeyd etmək istərdim ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi bir müddət öncə hökumətə uşaq pulunun bərpası ilə bağlı təkliflərini vermişdi. Biz bu təklifləri rasional və real imkanlar nəzərə alınmaqla hazırlamışdıq". 

"Sevindirici haldır ki, artıq proses başlayır. Dünən təklifimiz sosial şəbəkədə təqdim olunandan sonra uşaq pulu məsələsində fərqli yanaşmaların şahidi olduq və əslində bunu normal da qarşılayırıq. Amma bu gün başqa reallığı müşahidə etdik: təkliflərimiz mərhələli şəkildə tətbiq olunacaq”, - o deyib.