Oğul yanğısı

Oğul yanğısı

05-03-2017 01:14 / Bu xəbər 3117 dəfə oxundu

Real  hadisə  əsasında  yazılmış "Cavabsız qalan sual” hekayəsinin müəllifinə...

Ata  harayının ahı, ağrısı
Titrətdi ruhumu, sıxdı qəlbimi.
Övlad faciəsi, oğul yanğısı,
Hopub ağ kağıza  göz yaşı kimi...

Atalar  inanmaz belə  gedişə,
Övladı çiynində salsa da yola...
Tələsər  həmişə  acı görüşə,
Dərddir  görüş  yeri  məzarlıq ola...

Soyuq  məzar  daşı, doğma baxışlar,
Əyilməz  atanın əyib qəddini...
Dodaqlar sussa da, gözlər danışar,
Heç nə ovundurmaz ata dərdini.

Qollar  həsrət  qalıb oğul  boynuna,
Bu nisgil içini  didir, göynədir.
Gözlərsə hey  baxır məzar daşına
Cavabsız  suala cavab gözləyir...

Ölüm haqq olsa da, ilahi, hec kəs,
Vaxtsız bu cığırı keçməyəydi  kaş.
Övladlar  atadan , anadan qabaq,
Əbədi  mənzilə  köçməyəydi  kaş.                                                              

Müşfiq Lerikli