"On Beş İnsan" Tiflisdə - FOTO

13-06-2016 20:01 / Bu xəbər 2158 dəfə oxundu

14 iyun saat 21:00-da Tural Şahtaxtinskinin "On Beş İnsan" kitabının imza günü Tiflisdə keçiriləcək. 

Müəllif kitabda toplanan hekayələrin süjetləri və qəhrəmanları ilə bugünki cəmiyyətimizin ağrılı ictimai-sosial problemlərini, acı reallıqlarını və mənəvi sarsıntılarını əks etdirməyə çalışdığını deyir:

"Hekayələrdə təsvir olunan hadisələrin və obrazların heç biri oxucu üçün gözlənilməz olmamalıdır, çünki yaşadığımız toplumda və mühitdə onlarla hər addımda qarşılaşa bilərik".

Zaman: 14 İyun 21:00-da 
Məkan: Loft Hostel Tbilisi 
Ünvan: Rustaveli ave 36 (Opera və Balet Teatrı ilə üz bə üz)

Arqument.Az