NİDA Şəhidlər xiyabanını ziyarət etdi: polis mane oldu

NİDA Şəhidlər xiyabanını ziyarət etdi: polis mane oldu

21-01-2018 00:09 / Bu xəbər 2585 dəfə oxundu

NİDA Vətəndaş Hərəkatı Şəhidlər Xiyabanını ziyarət edərək 20 Yanvar şəhidlərini yad edib.

Abzas.net xəbər verir ki, xiyabana gedən yolda sədlər quran polis vətəndaşların Şəhidlər xiyabanını ziyarət etməsinə mane olub

Bu barədə NİDA-nın İdarə Heyətinin üzvü Əbülfəz Qurbanlı məlumat verib.

Onun sözlərinə görə, polis xiyabana gedən yolu bağlayaraq vətəndaşların getməsinə imkan verməyib. 

Ziyarətə gələn insanlar etiraz etsə də, polis onları bir saatdan çox orada saxlayıb.

Əbülfəz Qurbanlı bildirib ki, bir xeyli insan polisin bu münasibətindən sonra oranı tərk edərək geri qayıdıb.