Nərmin Şahmarzadə barədə iddia yenidən məhkəməyə qaytarılıb

Nərmin Şahmarzadə barədə iddia yenidən məhkəməyə qaytarılıb

10-04-2019 16:13 / Bu xəbər 1621 dəfə oxundu

Bakı Apelyasiya Məhkəməsi idmançının şikayətini təmin edib

Bakı Apelyasiya Məhkəməsi Xətai Rayon Məhkəməsinin tələbə Nərmin Şahmarzadə barədə qərarını geri qaytarıb.

Araz Musayev Nərmin Şahmarzadəni Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu təhqir etməkdə suçlayaraq, barəsində xüsusi ittiham qaydasında şikayət verib.

Xətai Rayon Məhkəməsi ötən ilin dekabrın 25-də idmançının iddiasını təmin etməyib. 

Araz Musayev isə həmin qərardan apelyasiya şikayəti verib və istəyi təmin edilib.

Məlumatı Nərmin Şahmarzadəyə qarşı xüsusi ittiham qaydasında iddia qaldıran idmançının vəkili Ramil Rüstəmov yayıb.

İdmançının vəkili Ramil Rüstəmov Nərmin Şahmarzadəni Cinayət Məcəlləsinin böhtan maddəsilə (147-ci maddə) məsuliyyətə cəlb olunmasını, 3 il müddətinə azadlıqdan məhrum edilməsini, Azərbaycan xalqından üzr istəməsini xahiş edib.///meydan.tv