Navalny deyir, seçkiyə buraxılmasa…

Navalny deyir, seçkiyə buraxılmasa…

11-12-2017 15:19 / Bu xəbər 1575 dəfə oxundu

Rusiya müxalifətçisi Aleksei Navalny deyir ki, prezidentliyə namizədliyi qeydə alınmasa, gələn il keçiriləcək prezident seçkisini tanımayacaq.

Dekabrın 10-da Kalininqradda çıxış edən Navalny tərəfdarlarını onun namizədliyini dəstəkləməyə səsləyib. 

Onu da deyib ki, tərəfdarlarını hansısa başqa namizədə səs verməyə çağırmayacaq.

Prezident Vladimir Putinin rəqibi sayılan Navalny 18 mart seçkisi uğrunda kampaniya aparır, ancaq Mərkəzi Seçki Komissiyası dəfələrlə bildirib ki, maliyyə ittihamlarına görə namizəd ola bilməz. 

Navalny ittihamları siyasi motivli adlandırıb.

Putin dekabrın 6-da seçkiyə gedəcəyini açıqlayıb. 

Onun seçkini udacağına dair gözləntilər böyükdür.