Nardaran hadisələrinin şahidi olan jurnalistin saxlanıldığı bildirilir

Nardaran hadisələrinin şahidi olan jurnalistin saxlanıldığı bildirilir

09-11-2018 16:04 / Bu xəbər 187 dəfə oxundu

Dünən saat 17.00-da jurnalist İlkin Məmmədli Bakıxanov qəsəbəsindəki "Asan” xidmətə xarici pasport almaq müraciətindən sonra saxlanılıb.

Bu haqda hüquqşünas Samirə Ağayeva məlumat yayıb. 

Məlumata görə, "Asan”xidmət İlkin Məmmədlini 13-cü polis bölməsinin əməkdaşlarına təhvil verib. 

Bundan sonra onun DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verildiyi bildirilib.

"Axşam saat 19-20 arasında atası və vəkili da İdarənin qabağına gəldilər. Sonda o, növbətçi hissəyə təhvil verildi və oradan bildirdilər ki, gecə orada qalacaq. Bu gün saat 11.00-də vəkili və atası yenə İdarədən xəbər almağa çalışdılar. Vəkil nə ora buraxılmadı, nə də hansısa məlumat verilmədi. İndiyə qədər İlkinin hansı vəziyyətdə və dəqiq nəyə görə saxlanması barədə heç bir məlumat verilməməsi ailə üzvlərinin ciddi narahatlığına səbəb olur”, - Samirə Ağayeva bildirib.

"Məlumat Ombudsman aparatına çatdırılıb. Hazırda 102 və qırmızı xaç təşkilatı ilə əlaqə saxlamağa çalışırıq. İlkin Məmmədli Nardaran hadisələri zamanı 22 sutka tutulmuşdur və bütün məhkəmələrə şahid qismində dəvət edilib”, – hüquqşünas əlavə edib.