Mustafa Sandalın şirkəti iflas etdi

Mustafa Sandalın şirkəti iflas etdi

12-01-2015 14:51 / Bu xəbər 2659 dəfə oxundu

Türkiyədə məşhur sənətçilərdən olan Mustafa Sandal elektron siqaret şirkətini bağlayıb.

Arqument.Az türk mediasına istinadən xəbər verir ki, məşhur sənətçi və ortağı 2011-ci ildə Fikiron adlı elektron siqaret ticarətinə başlamışdı. Bu ticarət birinci il onlara yüksək gəlir qazandırsa da, bir il sonra hökumətin elektron siqaretlərin satışını qadağan etdiyinə görə Fikiron "elektron siqaret" şirkəti zərərə işləyib. 

Bu səbəbdən Sandal və ortağı şirkəti bağlamaq haqında qərar veriblər.

Arqument.az