Müsavatdan İsa Qəmbərlə bağlı açıqlama

Müsavatdan İsa Qəmbərlə bağlı açıqlama

15-01-2018 18:47 / Bu xəbər 3444 dəfə oxundu

Müsavat Partiyasının mətbuat xidməti İsa Qəmbərin səhhəti ilə əlaqədar yayılan məlumatlarla bağlı açıqlama yayıb.

Arqument.az-a daxil olan açıqlamada deyilir: "Son iki gün ərzində hakimiyyətyönlü mediada Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin səhhəti ilə əlaqədar həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Bu məlumatlarda İsa Qəmbərin guya xəstəxanaya ağır vəziyyətdə çatdırılması, cərrahiyyə əməliyyatına məruz qalması və səhhətinin ağır olduğu iddia edilir.

Hazırda Mərkəzi Klinik Xəstəxanasında olan İsa Qəmbər xəstəxanaya ağır vəziyyətdə gətirilməyib, ürək cərrahiyyə əməliyatına məruz qalmayıb. Hazırda onun ürək-damar sisteminin fəaliyyətinin gücləndirilməsi istiqamətində tibbi prosedurlar həyata keçirilir. İsa Qəmbər özünü yaxşı hiss edir, yaxın iki gün ərzində xəstəxanadan çıxacağı bildirilir”.