Müsavat Şeyxülislamdan hüquq-mühafizə orqanlarına şikayət edir

Müsavat Şeyxülislamdan hüquq-mühafizə orqanlarına şikayət edir

21-02-2018 00:43 / Bu xəbər 3109 dəfə oxundu

Allahşükür Paşazadədən hüquq-mühafizə orqanlarına müraciət ediləcək

Müsavat Partiyası Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin seçki prosesinə Konstitusiyaya zidd müdaxiləsi barədə hüquq-mühafizə orqanlarına müraciət etmək qərara alınıb.

Arqument.Az-a verilən məlumata görə, bu barədə fevralın 19-da Müsavat Partiyası Divanı qərar qəbul edib. 

Divan şeyxin hərəkətini qanunazidd hesab edib. 

Bundan başqa, Müsavat Partiyasının başqanı Arif Hacılı növbədənkənar Prezident seçkilərində iştirak etməməklə bağlı qərar qəbul edən digər qurumlarla gedən müzakirələri diqqətə çatdırıb. 

Fevralın 14-ü Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə din adamlarını ölkə başçısı İlham Əliyevi prezident seçkilərində dəstəkləməyə çağırıb. 

Bu barədə APA məlumat yayıb.

QMİ-də toplantı keçirən A.Paşazadə deyib ki, İlham Əliyev hakimiyyətə gələndən sonra dini sahədə çoxlu müvəffəqiyyətlər olub.

Allahşükür Paşazadə həm də dindarlara yaradılan şəraitdən narazılıq etməməli olduqlarını vurğulayıb: "Bu gün biz Azərbaycanda dindarlara yaradılan şəraitdən narazılıq etsək, Allaha da xoş getməz. Ona görə də şükür edək. Mən ölkə müsəlmanlarını İlham Əliyevə səs verməyə çağırıram. Məscidlərdə, xütbələrdə siz dindarlar öz haqq sözünüzü deməlisiniz. İnsanlar həqiqətləri bilməlidirlər. Biz nəzarət edəcəyik buna, bu, bizim bir vətəndaş borcumuzdur".