Meyxanaçı Bayram Kürdəxanlını maşın vurdu, öldü

Meyxanaçı Bayram Kürdəxanlını maşın vurdu, öldü

23-08-2017 04:45 / Bu xəbər 2782 dəfə oxundu

Meyxana aləmində Bayram Kürdəxanılı kimi tanınan meyxana ustası Bayramqulu Quliyevi avtomobil vuraraq öldürüb. 

Hadisə Kürdəxanı qəsəbəsində baş verib. Belə ki, toy mərasimindən evə qayıdan meyxana ustası qəsəbə ərazisində yolu keçərkən "Peugeot" markalı, 10-PS-782 dövlət seriya nişanlı avromobil onu vurub. 

Nəticədə meyxana ustası ağır xəsarət alıb. Hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

***
02:32

Meyxanaçının sənət yoldaşı və dostu, meyxana ustası Ağamirzə Məmmədov "Report"a bildirib ki, Bayram Kürdəxanılı yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərkən avtomobil tərəfindən vurulub.

Həkimlərin sözlərinə görə, Bayram Kürdəxanılı ağır kəllə-beyin travması və müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 3 Saylı Kliniki Tibbi Mərkəzin həkimləri onun vəziyyətini ağır kimi qiymətlənidiriblər.

Fakt araşdırılır.