Məhəmməd Əli vəfat etdi

Məhəmməd Əli vəfat etdi

04-06-2016 13:20 / Bu xəbər 2144 dəfə oxundu

Amerikalı əfsanəvi boksçu Məhəmməd Əli 74 yaşında Arizona ştatında xəstəxanada vəfat edib. Bu haqda onun ailəsi məlumat yayıb.

Məhəmməd Əli 32 il idi Parkinson xəstəliyindən əziyyət çəkirdi. 2014-cü ildən isə səhhətindəki problemlər daha da ağırlaşmışdı.

Əsl adı Cassius Marcellus Clay Jr. olan boksçu 1964-cü ildə İslam dinini qəbul edəndən sonra Məhəmməd Əli adını götürüb və bu adla da tanınıb.

O, 3 dəfə WBA versiyası üzrə dünya çempionu olub.Karyerası boyu yarışdığı 61 qarşılaşmanın 56-dan qalib ayrılıb.

Məşhur boksçu sonuncu dəfə aprelin 8-də Arizonanın Finiks şəhərində «Celebrity Fight Night» adlı yardım aksiyasına qatılmışdı.

Arqument.Az