Müdafiə Nazirliyi: Erməni kəşfiyyatçı əsir götürülüb

Müdafiə Nazirliyi: Erməni kəşfiyyatçı əsir götürülüb

16-07-2018 08:54 / Bu xəbər 1758 dəfə oxundu

İyulun 15-i səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb", - məlumatda deyilir.

Nazirlik bildirib ki, əsir götürülən şəxs 1984-cü il təvəllüdlü Karen Kazaryandır.

Hadisə zamanı Azərbaycan Ordusunun bölmələri itki verməyib.