Masallıda dayıoğlu bibioğlunu təpiklə vurub, öldürdü

Masallıda dayıoğlu bibioğlunu təpiklə vurub, öldürdü

19-09-2017 16:17 / Bu xəbər 2178 dəfə oxundu

Dünən, sentyabrın 18-də saat 20:00 radələrində Masallı rayon Qızılağac kənd sakini 1996-cı il təvəllüdlü Xankişiyev Vüsal Rüfət oğlu öz bibisi oğlu 1987-ci il təvəllüdlü Allahverdiyev Afiq Rafiq oğlunu təpiklə vuraraq qətlə yetirib.

Bu barədə Arqument.Az Masallı rayonundan məlumat verilib. 

Məlumata görə, Afiq Vüsalı öz şəxsi "VAZ-2106" markalı avtomobilinə mindirib və kəndin kənarındakı əkin sahələrinə aparıb. Orada Vüsal Afiqin üz nayihəsindən təpiklə vuraraq, qətlə yetirib. 

Hadisədən sonda özü də yaralını kəndə gətirib və xəstəxanaya aparmaq üçün kənd sakinlərinə təhvil verib. 

Özü isə könüllü polisə təslim olub.