Maliyyə Nazirliyinin adı "Rabitə və MTN işi" məhkəməsində

Maliyyə Nazirliyinin adı

10-10-2018 23:30 / Bu xəbər 261 dəfə oxundu

"Rabitə işi" ilə bağlı məhkəmə prosesi davam edir. Hazırda Qəbələ Telekommunikasiya Qovşağının sabiq rəisi Şahin Tağıyev də digər rabitəçilər kimi eyni ittihamlarla hakim qarşısına çıxarılır. 

Maliyyə Nazirliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayevin adı da "MTN və Rabitə işi" ilə bağlı gündəmə gəlib. 

Bu barədə hökumətyönlü qlobal.az saytı məlumat yayıb. 

Məlumatda deyilir ki, Qarayevin adı uzun müddət mediada Eldar Mahmudov və Akif Çovdarovla əməkdaşlıqda hallanıb. Hətta adıçəkilən şəxslərin ondan Şərifova qarşı istifadə etdiyi də vurğulanıb. Bu da Şərifovun onunla münasibətlərinin kəskinləşməsinə səbəb olub: "Gözləntilərdən biri də bu idi ki, durumu heç də ürəkaçan olmayan nazir Samir Şərifov mövqelərini gücləndirdikdən sonra Nadir Qarayevi hədəfə alacaq və sistemdən uzaqlaşdıracaq". 

Vəzifə, yoxsa mövqe savaşı?

Rubrika.az saytı yazıb ki, Qarayev Dövlət Xəzinədarlığı Agentliyinin baş direktoru olmaq istəyib. Onu isə nazirin müavini Azər Bayramovun dəstəkləyib. Lakin Bayramovun cəhdlərinə baxmayaraq, Qarayevin Dövlət Xəzinədarlığı Agentliyinin baş direktoru vəzifəsinə sahiblənə bilməyib. Bunun da əsas səbəbləri "MTN işi” ilə bağlı olub: 

"İdarə rəisinin baş direktorluq uğrunda mübarizəsində əsas himayəçisi və dəstəkçisi Maliyyə nazirinin müavini Azər Bayramov olduğu deyilirdi. Məhz onun vasitəsi ilə çoxdan arzuladığı bu vəzifəni əldə etməyə cəhd edirmiş. Lakin gözləntilərin əksinə olaraq Samir Şərifov Nadir Qarayevin çoxsaylı çabalarına baxmayaraq, onun arzusunun üstündən müvəqqəti də olsa, xətt çəkib bu vəzifəyə özünə yaxın Elman Piriyevi təyin edib. 

Nadir Qarayev Akif Çovdarovun cinayət işində təqsirləndirilən tərəf olaraq dindirilib və bu səbəbdən də o, Samir Şərifovun yanında etimadını itirib. Hətta onun Dövlət Xəzinadarlıq Agentliyinin rəhbəri olmaq uğrunda mübarizəyə başlaması da qeyd olunmuşdu. Lakin hansısa "sehrli çubuq" sonradan həmin yazlarını internet resurslardan yoxa çıxardı. Həmin yazıda Nadir Qarayevin Dövlət Xəzinadarlıq Agentliyinin baş direktoru Elman Piriyevə qarşı mübarizəyə başlaması barədə məlumatlar yer almışdı. Həmin məlumatlarda bildirilirdi ki, 2015-ci ildə boşalan Dövlət Xəzinadarlığı Agentliyinin baş direktoru vəzifəsi uğrunda mübarizəyə ilk qoşulan məhz Nadir Qarayev olub". 

"Rabitə və MTN işi"ndə Maliyyə Nazirliyi izi... 

Hökumətə yaxın qobal.az-a saytının yazdığına görə, Nadir Qayrayevin istitaqa cəlb olunması da istisna edilmir: "Belə bir ehtimalın mümkünlüyü istisna olunmur. Çünki adı 7 milyonluq qalmaqalda hallanan Rabitə və Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri, hazırda isə dövlət əmlakının mənimsənilməsinə görə həbs edilən Vidadi Zeynalov Nadir Qarayevlə yaxın dost olublar. Elə Nadir Qarayevi Akif Çovdarovla əməkdaşlıba cəlb edən də məhz Vidadi Zeynalovun olduğu qeyd olunur. Belə ki, ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi Akif Çovdarov böyük maliyyə maxinasiyalarına görə Nadir Qarayevi həbs edib. Bundan sonra isə dövriyyəyə Vidadi Zeynalov girib və dostunu Akif Çovdarovun caynaqlarından qurtaran Vidadi Zeynalov onu Akif Çovdarovla əməkdaşlığa da sövq edib". 

İddia edilir ki, Vidadi Zeynalovun vasitəsi ilə keçmiş MTN genraliteti ilə dostlaşan Nadir Qarayev istər Akif Çovdarova, istərsə də şəxsən Eldar Mahmudova Maliyyə nazirliyi və həmçinin nazir Samir Şərifovla bağlı çoxlu sayda faktlar ötürüb. 

Azər Bayramov Qarayevi niyə müdafiə edir? 

"Nadir Qarayevin ötürdüyü məlumatlar sayəsində isə MTN Maliyyə nazirliyində bəzi şəxsləri qısa müddətdə həbs ediblər və onlardan külli miqdarda pul alıblar. Bundan sonra 1 saylı Xəzinadarlıq İdarəsi rəisinin bu xəyanəti barədə Samir Şərifovu məlumatlandırıblar və bundan sonra nazir onun üstündən xətt çəkib. Nazirin bu qərarına etiraz etdikdən sonra isə Nadir Qarayevə qarşı yoxlama təşkil edilib və çox ciddi maliyyə yeyintiləri ortaya çıxıb. Ancaq nazir müavini Azər Bayramovun məsələyə müdaxiləsi nəticəsində Nadir Qarayevin cinayəti qabardılmayıb və o öz vəzifəsini qoruyub saxlaya bilib", -məlumatda deyilir.
 
Azər Bayramov

Sayt yazır ki, hazırda isə Nadir Qarayevin Maliyyə naziri Samir Şərifovdan həddəindən artıq narazı olduğu bildirilir: "Bu əsasən onun Dövlət Xəzinədarlığı Agentliyinə rəhbər gedə bilməməsi ilə əlaqədardır. Dövlət Xəzinədarlığı Agentliyindən olan mənbənin məlumatına görə Nadir Qarayev öz çevrəsindəki məclislərdə Samir Şərifovdan narazılıq edərək yaxın aylarda onun nazir vəzifəsindən gedəcəyini və bundan sonra özünün Dövlət Xəzinədarlıq Agentliyinin baş direktoru olacağını bildirib". 

Məlumatda vurğulanır ki, 1 saylı Xəzinadarlıq idarəsinin rəisi tez-tez Eldar Mahmudovun işdən azad olunmasını və Vidadi Zeynalovun həbs edilməsinə narazılığını açıq-aşkar dilinə gətirir. 

Şərifov Qarayevə niyə toxunmayıb? 

"Nadir Qarayev deyir ki, əgər Eldar Mahmudovla Vidadi Zeynalov indi vəzifədə qalsaydı, mən ən azından Maliyyə nazirinin müavini idim. Hətta gələcəkdə nazir olmaq şansım var idi. İndi isə idarə rəisi yaxın çevrəsində Azər Bayramovun Maliyyə naziri olacağını, onu isə baş direktor təyin ediləcəyin deyir", - məlumatda qeyd olunur. 

Onun indiyə qədər vəzifəsində qalması da ciddi şübhələr doğurur. Sayta danışan mənbə deyir ki, istəsəydi Samir Şərifov Nadir Qarayevin həbs belə etdirə bilərdi: "Maraqlıdır ki, niyə həbs etdirməyib".  

Mövzu ilə bağlı Maliyyə Nazirliyindən açıqlama almaq mümkün olmayıb. Adıçəkilən şəxs - Nadir Qarayev isə haqqında yazılanlara münasibət bildirmək istəməyib.