Lerikdə meşə yanıb

Lerikdə meşə yanıb

04-08-2018 13:56 / Bu xəbər 4836 dəfə oxundu

Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik rayonunun Günəşlı kəndinin meşəbəyliyində baş verən yanğın avqustun 3-ü axşama doğru söndürülüb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Məlumatda vurğulanıb ki, hadisə nəticəsində 0,7 hektar ərazidə quru ot örtüyü və kol-kos yanıb.

Lerik rayonunda meşə yanğını avqustun 3-də günorta saatlarında baş vermişdi.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Cənub Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilmişdi.