Korrupsiyanı araşdıran jurnalisti yaralayıblar

Korrupsiyanı araşdıran jurnalisti yaralayıblar

09-05-2018 16:46 / Bu xəbər 2091 dəfə oxundu

Biznesdə və hökumətdə korrupsiyanı araşdıran monteneqrolu jurnalist mayın 8-də Podqoritsadakı evinin qarşısında güllələnin və yaralanıb.

Olivera Lakic "sağ qıçından güllə yarası alıb, ancaq həyatına təhlükə yoxdur”, – polis rəisi Vesko Damjanovic jurnalistlərə deyib.

Jurnalistin "Vijesti” qəzetindəki redaktoru Mihajlo Jovovic-in bildirməsinə görə, Lakic-ə evinin yanında bir kişi yaxınlaşıb, "qıçından güllələyib, o, iki başqa kişinin də hadisə yerindən qaçdığını görüb”.

Jovovic Monteneqroda belə bir hadisənin niyə baş verməsini sual edib. Redaktorun deməsinə görə, indiyədək jurnalistə hücumların heç biri həllini tapmayıb, onun işıqlandırdığı məsələlər isə araşdırılmayıb.

49 yaşlı Lakic altı il öncə də hücuma məruz qalmışdı, başından bir neçə dəfə yumruqlanmışdı.

Damjanovic polisin hücum edənlərin saxlanması üçün əlindən gələni edəcəyini bildirib.

Podqoritsadakı ABŞ səfirliyi hücumdan "narahatlığını” bildirib.///azadliq.org