Kərəm Həsənovun adı yenə Eldar Mahmudovun adamları arasında çəkilir

Kərəm Həsənovun adı yenə Eldar Mahmudovun adamları arasında çəkilir

14-03-2018 16:55 / Bu xəbər 2987 dəfə oxundu

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin saxta-qurama ittihamları ilə həbs edilən bu yaxınlarda isə bəraət alan Mətləb Mustafayev Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-leytenant Mədət Quliyevə müraciət edib.

Mətləb Mustafayev ona qarşı açılmış saxta cinayət işinin istintaqını aparmış MTN-nin istintaq Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi Elşən Murtuzovun DTX-dan uzaqlaşdırılmasını və məsuliyyətə cəlb olunması üçün addım atılmasını xahiş edib: "Mədət Quliyev bu nazirliyi Eldar Mahmudovun çetesindən təmizləsə də orada qalanlar var.

Bunlardan biri də Elşən Murtuzovdur. Odur ki, hörmətli Mədət Quliyevin mənim səsimi eşitməsini xahiş edirəm. bu adam mənə qarşı saxta sübutlar toplayıb. Bu gün mən bəraət almışam. mənə qarşı edilən bu qanunsuzluğun tam aradan qaldırılması üçün çalışıram. Bildiyiniz kimi mən bəraət aldım. Amma hesab edirəm ki, mənə qarşı törədilən cinayətin bütün iştirakçıları məsuliyyətə cəlb olunmalıdır. Bu həbsi Eldar Mahmudova sifariş dən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov, istintaq aparan Elşən Murtuzov və prosesin digər iştirakçıları cəzasını almalıdır”.

Həbsdə olan Anti-Terror mərkəzinins sabiq rəisi Elçin Quliyev özünün mçəhkəmə prosesində Mətləb Mustafayevin şərlədiklərini etiraf edib. o, bildirib ki, nazir Eldar Mahmudov bu həbsi prokuorluqlıa razılaşdırdıqdan sonra ona göstərtiş verib: "Biz də onun evinə silah qoyub həbs elədik”.

Mətləb Mustafayev bir neçə il əvvəl intihar etmiş MTN-nin şöbə rəsinin müavini polkovnik Malik Mustafayevin qardaşıdır. Mətləb Mustafayev hələ bir neçə ay bundan öncə Gununsesi.info-ya açıqlamasında bildirmişdi ki, onu həbs edərkən qardaşı MTN-də onunla görüşüb və qollarında qandal görməsi ona pis təsir edib: "Məni öz işlədiyi qurumda qolumda qandal görən zaman pıçıltı ilə "30 il xidmət etdiyim orqan mənə xəyanət etdi” demişdi. Mənlə görüşündən sonra gedib özünü asıb”.

Yeri gəmişkən, onu da vurğulayaq ki, müstəntiq Elşən Murtuzovun tək cinayəti bundan ibarət deyil. Belə ki, o, MTN-nin baş redaktor Pərviz Həşimliyə qarşı həyata keçirdiyi cinayətin də iştiakçısı olub. Jurnalistə qarşı saxta-qurama cinayət işinin istintaqına o rəhbərlik edib.//Gununsesi.info/