Jurnalist Rasim Əliyev məzarı başında anıldı – FOTO-VİDEO

Jurnalist Rasim Əliyev məzarı başında anıldı – FOTO-VİDEO

09-08-2017 21:13 / Bu xəbər 3636 dəfə oxundu

Bu gün döyülərək qətlə yetirildiyi iddia olunan jurnalist Rasim Əliyevin ölümünün ikinci ildönümüdür.

Arqument.Az baxtainfo-ya istinadən xəbər verir ki, Müsavat başqanı Arif Hacılı, MSDM sədri İsa Qəmbər, vətəndaş cəmiyyəti nümayəndələri və jurnalistlər Mehdiabad qəbirstanlığında Rasim Əliyevin məzarını ziyarət ediblər.

Jurnalist Rasim Əliyev 2015-ci ilin avqust ayının 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. 

Onun ölüm işi üzrə 6 nəfər, o cümlədən futbolçu Cavid Hüseynov keçir. C.Hüeynovun işi ayrıca icraata götürülərək Səbayel Rayon Məhkəməsində baxılıb. Mayın 31-də Səbayel Rayon Məhkəməsi C.Hüseynovu CM-in 307.1. (hazırlanmaqda olan cinayət barədə məlumat verməmək) və 307.2. (cinayətin gizlədilməsi) maddələri ilə ittiham edərək 4 il azadlıqdan məhrum edib.  Lakin sonradan C.Hüseynov həbsdən azad edilib.

Digər beş nəfər R.Əliyevin döyülməsində günahkar bilinərək həbs cəzası alıb.

Jurnalistin döyülərək ölməsinə onun C.Hüseynov haqqında tənqidi status yazması səbəb olub.