Jurnalist Nicat Məlikov vəfat etdi

Jurnalist  Nicat Məlikov vəfat etdi

24-01-2018 12:52 / Bu xəbər 3066 dəfə oxundu

Jurnalist Nicat Məlikov yanvarın 23-də axşam saatlarında vəfat edib. 

Jurnalist dükana gedərkən qəfil özünü pis hiss edib və yerindəcə keçinib. 

Onun ürəktutmasından öldüyü ehtimal edilir.

Bu barədə junalistin dostları sosial şəbəkədə məlumat paylaşıblar.

2014-cü ildə fəaliyyəti dayanan "Zerkalo” qəzetinin əməkdaşı Nicat Məlikov 1979-cu ildə Bakı şəhərində doğulub, üç uşaq atası idi.