İsa Qəmbər xəstəxanadadır

İsa Qəmbər xəstəxanadadır

14-01-2018 01:51 / Bu xəbər 1153 dəfə oxundu

Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər yanvarın 13-də günorta saatlarında Mərkəzi Klinik Xəstəxasına yerləşdirilib.

Səbəb İsa Qəmbərin ürəyində ağrılar hiss etməsidir.

Meydan TV-yə bu barədə danışan Müsavat Pariyasının başqanı Arif Hacılı bildirib ki, müayinədən sonra İsa Qəmbərin ürəyində problemlərin yarandığı məlum olub və həkim onun ürəyini anju etdirməyi məsləhət görüb:

"O, anju edilib. Ona görə bir sıra media orqanlarında İsa bəyin açıq əməliyyat olunması xəbəri doğru deyil".

Başqan deyib ki, İsa Qəmbər hazırda Mərkəzi Klinikada müalicə olunur, özünü yaxşı hiss edir, 2 gün sonra evə buraxılacaq. 

1957-ci il doğumlu İsa Qəmbər 1992-1993-cü illərdə Azərbaycan Milli Məclisinin sədri, 1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı olub. 

Hazırda o, Milli Strateji Düşüncə Mərkəzinin sədridir