İş adamı Azərbaycandan 1.5 milyon dollar çıxarıb

İş adamı Azərbaycandan 1.5 milyon dollar çıxarıb

22-02-2019 16:59 / Bu xəbər 1748 dəfə oxundu

Son illərdə təkcə məmurlar deyil, iş adamları da Azərbaycandan pullarını çıxarırlar. 

Yəni mövcud sistem, zorən stabillik heç kimin puluna zəmanət vermir. Hər kəs, istər oğurluqla, istər soyğunçuluqla, istər min bir fırıldaqla, lap elə zəhmətlə əldə etdiyi sərvətə etibarlı yer axtarır.

AzToday.az xəbər verir ki, jurnalist Cavanşir Həsənli bu dəfəki araşdırmasında çox ilginc məqamlar üzə çıxarıb. 

Jurnalisin araşdırmaları nəticəsində məlum olub ki, Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli (əslində Qədimbəyli ticarət mərkəzinin formal sahibidir – red.) bir il ərzində ölkədən 1.5 milyon dollardan çox vəsait çıxarıb:

"Sədərəkdən ticarətlə məşğul olan iş adamlarından (hərçənd ki, onların işləri devalivasiyadan bəri yaxşı getmir, bir çoxları yetərincə borclanıblar və faktiki olaraq bizneslərinin girovuna çevriliblər) zor-xoş yığılan pullar Çexiyaya axır.

Yusif Qədimbəylinin bu ölkədə çiçəklənən biznesi var, özünə şirkət açıb, vəsaitləri daha etibarlı ünvana yönəldib.

Düzdür, "Sədəkək”in sahibi Çexiyadakı şirkətini – GADYUS s.r.o.-nu 2007-ci ilin 15 noyabrında təsis edib (qeydiyyat şəhadətnaməsi: C 23999).

Şirkət faktiki olaraq 2016-ci ilə qədər fəaliyyətsiz olub və heç bir maliyyə əməliyyatı aparılmayıb. Lakin 2016-cı ilin sonunda birdən-birə şirkətin 35 milyon 743 min kronluq aktivləri ortaya çıxır.

Sonrakı illərdə də Çexiyaya pul çıxarılması davam edib və Qədimbəyli bu ölkədə xeyli sayda daşınmaz əmlak, mülk əldə edib.