İranda daşqına görə ölənlərin sayı 44-ə çatıb

İranda daşqına görə ölənlərin sayı 44-ə çatıb

28-03-2019 17:14 / Bu xəbər 1352 dəfə oxundu

İranda daşqınlar nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.

Bunu İslam Respublikası Fövqəladə Hallar İdarəsi sədrinin müavini Həmidrza Hankeh bildirib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 265 nəfər yaralanıb: "Fars əyalətində 21, Gülüstanda 7, Mazandaranda 5, Şimali Xorasanda 3, Kohkuliye-Boyer Əhməd və Loristanda 2, Kirmanşah, Xuzistan, Həmədan və Simnanda hərəsində bir nəfər ölüb”.

H.Hankeh 265 yaralıdan 47-nin müxtəlif xəstəxanalarda müalicə olunduğunu vurğulayıb.

Leysan yağışları nəticəsində İranın paytaxtı Tehran şəhərinin bir hissəsi, o cümlədən ölkənin 31 əyalətindən 28-də şəhər və qəsəbələri su basıb.

Report