İqbal Məsih

İqbal Məsih

22-07-2018 23:35 / Bu xəbər 2344 dəfə oxundu

Rauf Aslanov

Həyatına hamı kimi başlayıb sonradan qul olan, mübarizənin simvoluna cevrilən, onunla eyni talehi bölüşən uşaqlara kömək edən və bütün bunları edəndə hələ də uşaq olan İqbal Məsihin xatirəsinə...

1983-cü ildə Pakistanda doğuldu. Həyatının ilk dörd ili hər uşağın həyatı kimi keçdi: problemlərdən uzaq, evlərinin yanındakı sahədə oyun oynayaraq. 

Atası Səif Məsih ailəni tərk edib getmişdi, anası İnayət Bibi də evin və uşaqların keçimini təmin etmək üçün evlərdə təmizlik işlərinə baxırdı. Anası işə gedəndə İqbalın qayğısına böyük bacıları qalırdı. 

1986-cı ildə İqbalın böyük bacısı evlənəcəkdi, amma ailənin toy üçün kifayət qədər pulu yox idi. Pakistanda o vaxtları pul tapa bilmənin ən asan yolu yerli tüccarlara müraciət etmək idi. İqbalın ailəsi də balaca uşaqları işci olaraq alıb, ailələrə borc verən xalça tüccar ilə razılaşdılar. Tüccar ailəyə 600 rupi (təqribən 12 dollar) borc verib İqbalı işci olaraq aldı. 
Dövrün Pakistanında borc verib uşaqları işci olaraq almaq tez-tez baş verirdi, hətta o uşaqları işci yox, "nökər uşaqlar” adlandırırdılar. 

İqbal xalça toxuma işinə başlamaq üçün bir il heç maaş almadan işləməli idi. Bu müddətdə istifadə etdiyi alətlər, yediyi yemək və aldığı cəzalar borcunun üstünə əlavə edilirdi. Həmçinin İqbalın ailəsi də dayanmadan tücardan borc pul almağa davam edirdi. Artıq İqbal 10 yaşına çatanda tüccara olan borcu 13.000 rupini (260 dollar) keçmişdi.
 
İş şəraiti bərbad idi. Həftənin 6 günü 14 saat, bir taxta parçasının üstündə qabağa əyilib xalça toxumalı idilər. Toxuma işi çox diqqət tələb etdiyinə görə digər nökər uşaqlarla danışmaq qəti qadağan idi. Əgər iş vaxtı uşaqlardan hansısa mürgüləsə, nəzarətçi onları ya döyəcək, ya da əllərini cızacaqdı. 

Nəzarətçiyə qarşı çıxmaq, qaçmaq, xəstələnmək, özlərinə zərər yetirmək cəza səbəbləri idi. Döyülmək, baş aşağı asılı saxlanmaq və qaranlıq tualetlərdə saatlarnan tutulmaq və s. bu cəzaların bəziləri idi. Verilən yemək onları, sadəcə, sağ tutmağa bəs edirdi, çünkü xalçaları toxumağa balaca əllər lazım idi və buna görə də uşaqların inkişafını mümkün dərəcədə geçikdirməyə çalışırdılar. 

İqbal bu şəraitdə dayanmadan düz altı il işlədi, amma daxilən heç vaxt bu şəraiti qəbul eləmədi. On yaşına gələnə qədər bir necə dəfə qaçmağa cəhd etdi. Hətta bir dəfə qaça bildi,  amma polislər onu tutub geri gətirdilər.  Ancaq çöldə olan vaxtı uşaq işçiliyinin qarşısını almaq üçün qanun hazırlandığını eşitdi. 

Bir gün, 1993-cü ildə on yaşı olanda, şəhərdə mitinq etməyə gələn bir qurumun adını eşitdi: BLLF (Bonded Labor Liberation Front). 

Bu qurumun onun kimi "nökər uşaqlar"a kömək etdiyini eşitmişdi. İş vaxtı bitəndə, ona inanan dostlarının da köməyi ilə gizlincə qaçıb mitinqə getdi. Mitinqdə İqbal Pakistan hökumətinin 1992-ci ildə uşaqların işləməyinə qadağa qoyduğunu və İqbal kimi bütün uşaqların borcalarını sildiyini eşitdi. 

Bundan sonra İqbal gedib BLLF qurumunun rəhbərlərindən olan Eshan Ullah Khanla danışdı. Öz azadlığı üçün ehtiyacı olan sənədləri almaq asan idi. O həm də dostları üçün lazımlı olan sənədləri yığdı və ona 16 il zülm edən tüccarın yanına gedib 34 dostunu da xilas elədi. 

Azadlığını qazanandan sonra BLLF-in Lahordaki bir məktəbinə yazıldı. Dərslərinə çox çalışdı və 4 illik ibtidai sinifi iki ildə bitirdi. Dərs oxumaqla kifayətlənmədi, uşaqların nökər kimi işlədilməsinə qarşı olan mitinqlər qoşuldu, oralarda çıxış elədi. 

İqbal mitinqlərdə jurnalistlərlə və aktivistlərlə danışıqlıqlar apardı. Nökər işci olaraq öz təcrübələrini onlara danışdı, səsi hər yerə yayıldı. Baxmayaraq ki, hələ də on iki yaşında idi. İsveçrə və Amerikadakı bir necə məktəbə dəvət edildi. Mühazirələr etdi, insanlara ilham verdi. Hətta bir dəfə uşaqların hansı vəziyyətlərdə işlədiklərini öyrənmək üçün bir fabrikə oranın işçisi kimi girdi. 

Atdığı addım çox təhlükəli idi, amma axırda öyrəndiyi məlumatlarla fabriki bağlatdırdı və yüzlərnən uşaq işçiyə azadlıq verdi. İqbalın altı illik nökər həyatı ona geriyə, sadəcə, pis xatirələr yox, həm də fiziki problemlər buraxmışdı. İqbalı görəndə onun on yaşındakı bir uşağın yarısı qədər olduğu heç kimin gözündən qaçmırdı. Pisixolojik cücəlik olaraq adlandırılan bir vəziyyətdən əziyət çəkirdi. Bundan başqa böyrək ağrıları, əyri bel sütünu, bronx enfeksiyası və artritdən (əl barmaqlarında əyrilik)  əziyət çəkirdi. Onu görən çox insan, ağrıları ucbatından bəzən ayaqlarını süriyə-süriyə yeridiyini deyir. 

İqbalın şöhrəti artdıqca ona ölüm təhdidləri də gəlməyə başlamışdı. Uşaqları qul olaraq istifadə edənlər onun fəaliyyətlərindən narahat idilər. Amma o, digər uşaqları xilas eləməklə məşğul olduğuna görə, bəlkə də, təhdidləri heç ciddi qəbul eləməmişdi.  Hətta mühazirələrinin birində: "Artıq vəziyyət dəyişib. Əvvəllər mən müdirlərimdən qorxurdum, artıq onlar məndən qorxurlar”, - demişdi. 

16 aprel 1995-ci ilin bazar günü pasxa bayramı üçün ailəsini görməyə getmişdi. Anası və qardaşları  ilə vaxt keçirdikdən sonra iki əmiuşağı ilə əmisigilə yola düşmüşdülər. Yolda qarşılarına biri çıxdı və  hər üç uşağa atəş açdı. Uşaqlardan biri qolunda vuruldu, digərinə heç nə olmadı, amma İqbal elə ordaca öldü. 

İqbalın niyə öldürüldüyü bu gün də naməlumdur. Deyilənə görə, narkotik istifadə etmiş bir fermerlə qarşılaşırlar və fermer təkcə İqbalı yox, üçünü də öldürmək üçün atəş açır. Ancaq heç kim buna inanmadı. Çox insan tüccarların İqbalın təsirindən narahat olduqları üçün onu öldürdüklərini fikirləşirdi. 

17 aprel 1995-ci ildə İqbalı torpağa tapşırdılar. 800 yaxın insan matəmdə iştirak elədi. Pakistanda isə "nökər uşaq" problemi bu gün də qalmaqdadır. Amma ilhamlandırdığı uşaqlardan biri olan Craig Kielburger İqbalın mübarizəsini davam etdirirdi. Free the Childeren dərnəyi isə uşaqlara dəstək məqsədilə 650-dən cox məktəb açıb. 

Bu gün İqbal Məsih Pakistanda uşaqların azadlıq simvolu sayılır.

Yazı müəllifin şəxsi mülahizələrini əks etdirir.