İntihar hadisəsi ilə əlaqədar nəticələri nazirə təqdim olunub

İntihar hadisəsi ilə əlaqədar nəticələri nazirə təqdim olunub

10-04-2019 16:51 / Bu xəbər 974 dəfə oxundu

Aprelin 10-da Bakı şəhəri 162 nömrəli tam orta məktəbdə baş vermiş intihar hadisənin təfərrüatlarının araşdırılması məqsədilə yaradılmış xüsusi komissiyanın üzvləri və Təhsil Nazirliyi aparatının rəhbər şəxslərinin iştirakı ilə iclas keçirilib.
 
Bu barədə Nazirlik öz "facebook" səhifəsində məlumat verib.

 İclasda komissiya üzvlərinin məlumatları dinlənilib və xidməti araşdırmanın nəticələri qərar qəbul edilmək üçün təhsil nazirinə təqdim edilib.

Aprelin 4-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində 162 nömrəli tam orta məktəbdə baş verən hadisənin xidməti araşdırılması üçün müvafiq komissiya yaradılıb, aprelin 6-da Bakı şəhəri Səbail rayon Prokurorluğunda AR CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanıb.