İlqar Məmmədov: "Avropa Parlamenti təslim oldu, mən təslim olmayacağam"

İlqar Məmmədov:

09-07-2018 15:29 / Bu xəbər 883 dəfə oxundu

İlqar Məmmədov Avropa Parlamentini tənqid edib 

"Avropa Parlamentinin mən də daxil olmaqla Azərbaycanda siyasi məhbusların buraxılmayacağı təqdirdə Azərbaycanla Avropa Birliyi arasında imzalanması planlaşdırılan Sazişi ratifikasiya etməyəcəyi ilə bağlı mövqeyi qənaətbəxş deyil".

Bunu ReAl sədri İlqar Məmmədov Avropa Parlamentinin son qətnaməsinə münasibət bildirərkən deyib. 

"İlham Əliyevə məni 2020-ci ilin fevralına qədər həbsdə saxlamağa imkan yaratdılar"

Hazırda 2 saylı Cəzaçəkmə Müəssisəsində həbsdə olan REAL sədri bu mövqeyinə görə Avropa Parlamentini tənqid edib: Belə ki, Avropa Parlamenti mənim işimlə bağlı 2013 və 2014-cü illərdə qətnamələr qəbul edərək dərhal və qeyd-şərtsiz azadlığa buraxılmağıma çağırıb. Avropa Parlamentinin hazırkı qətnaməsi əvvəlki mövqeyindən geri çəkilmək anlamına gəlir. Çünki ən optimist Avropa Birliyi rəsmisi Sazişin ən yaxşı halda 2019-cu ilin payızında imzalanaçağını proqnozlaşdırır. Sazişin ratifikasiyası da hər bir halda 2020-ci ilə təsadüf edəcək. Bununla da, Avropa Parlamenti faktiki olaraq İlham Əliyevə məni 2020-ci ilin fevralına, yəni mənə verilmiş saxta cəza müddətinin sonuna qədər həbsdə saxlamağa imkan yaratmış oldu".

"Avropa Parlamenti təslim oldu, mən isə təslim olmayacağam", - deyə İ.Məmmədov bildirib. 

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar həbs olunub və 7 il azadlıqdan məhrum edilib.

AİHM İ.Məmmədovun həbsinin qanunsuz olması ilə bağlı iki qərar qəbul etsə də, Azərbaycan hakimiyyəti onu həbsdə saxlamaqda davam edir.

Toplum.Tv