İlham Əliyev zəlzələ bölgəsində sakinlərlə görüşdü

İlham Əliyev zəlzələ bölgəsində sakinlərlə görüşdü

07-02-2019 14:13 / Bu xəbər 925 dəfə oxundu

Fevralın 7-də prezident İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıya gedib.

Azərtac xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlətimizin başçısına fevralın 5-də və 6-da təbii fəlakətin törətdiyi fəsadlar barədə yerində məlumat veriblər.

Prezident İlham Əliyev zəlzələdən zərər çəkən tikililərə baxıb, sakinlərlə söhbət edib.