İlham Əliyev şimal bölgəsinə gedib

İlham Əliyev şimal bölgəsinə gedib

11-10-2018 13:47 / Bu xəbər 1494 dəfə oxundu

Prezident İlham Əliyev oktyabrın 11-də Quba rayonuna səfər edib. 

AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı öncə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun 45-ci kilometrliyindən, Tağıyev qəsəbəsindən başlayan 92 kilometr uzunluğundakı yolda tikinti işlərinin gedişi ilə tanış olub.

Sonra prezident Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki "Yeni Yaşma” Külək Elektrik Parkının açılışına qatılıb.

Qubada dövlət başçısının iştirakı ilə İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolu istifadəyə verilib.11 yaşayış məntəqəsini birləşdirən yolun uzunluğu 33 kilometrdir.

Prezident daha sonra Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tingçilik müəssisəsi ilə tanış olub.